Advertisement

Birinci Qarabağ müharibəsinin şəhidi İsmayıllıda dəfn olunub

Bakı. Trend:

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn
edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan
Rüstəmov Cəlal Əbdülhəkim oğlunun nəşinin qalıqları İsmayıllı
rayonunda torpağa tapşırılıb.

Trend xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Mican kəndinə
gətrilib və vida mərasimi keçirilib.

Sonra şəhidin nəşinin qalıqları Mican kənd qəbiristanlığında
dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, qazilər,
eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak
ediblər.

Qeyd edək ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1992-ci ildə Ağdərə
rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş
sayılırdı.

Xəbər yenilənəcək