Bakı. Trend:
İyunun 6-da təlim zamanı antiterror tədbirlərinin
iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla
ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Trend xəbər verir ki, xəstəxanaya yerləşdirilən V.Baratov bir
müddət sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.





























