Bakı. Trend:
Görüləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın bir çox
ərazilərinin 07.06.2024-cü il tarixdə saat 10:00-dən etibarən
Bakının altı rayonunun qaz təchizatının dayandırılması
planlaşdırılır.
Bu barədə Trend-ə
“Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər
rayonunun (Nəsimi, Sabir, Xəqani, Vaqif Mirzəyev küçələri, Binə
qəsəbəsinin Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar
yaşayış massivləri, 23 qeyri-yaşayış sahəsi), Binəqədi rayonunun
(Biləcəri qəsəbəsi, Mərəzə məhəlləsi, Natavan, Nəsimi, Ə.Qasımov,
Y.Huseynov və R.İsmayılov küçələri), Nəsimi rayonunun
(A.Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev,
R.Məmmədov, Moskva prospekti ərazilərində küçələrində), Yasamal
rayonunun (“Main” MTK-da), Qaradağ rayonunun (Korgöz, Şonqar, AZNS,
Qızıldaş qəsəbələri) Sabunçu rayonunun (H.Cavid, Axundzadə,
Ə.Cəfərov, Araslı, Sülh, A.Pəri, H.Balakişiyev, N.İsmayılov
küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.





























