
Bakı. Trend:
Bu gün qlobal texnologiya brendi HONOR, Azərbaycan bazarında
yeni HONOR 200 Lite modelinin satışa çıxarıldığını elan etdi.
Heyrətamiz portret çəkilişləri
Cəlbedici, üçlü kamera sistemi ilə təchiz edilmiş HONOR 200
Lite-nin əsas kamerası, istifadəçilərə heyrətamiz portret
çəkilişlərini həyata keçirməyə və müstəsna detallı şəkillər əldə
etməyə kömək edir. Modul 108 MP-lik əsas kamera, 5 MP-lik geniş
bucaqlı və dərinlik kamerası və 2 MP-lik makro kameradan ibarətdir.
Əfsanəvi əsas modula əlavə olaraq, HONOR 200 Lite müxtəlif
işıqlandırma şəraitində yüksək performans göstərən 50 MP-lik ön
kamera ilə təchiz edilmişdir. 1x və 0.8x arasında avtomatik FOV
keçidi edən HONOR 200 Lite istifadəçilərə heyrətamiz fon detalları
ilə inanılmaz qrup selfiləri çəkməyə imkan yaradır. Bundan əlavə,
HONOR 200 Lite bədii işıqlandırma effektləri yaradan, immersiv 3D
portretləri canlandıran selfi işığına da yiyələnmişdir. HONOR 200
Lite ilə istifadəçilər hər kadrda öz fərdiyyətini əks etdirən
selfilər çəkə bilərlər.
İnanılmaz vizual təcrübə üçün ultra parlaq
ekran
Ultra incə çərçivələrə malik 6,7” Eye-comfort AMOLED displeylə
təchiz edilmiş HONOR 200 Lite istifadəçilərə immersiv baxış
təcrübəsi təqdim edir. 90Hz yenilənmə tezlikli displey, daha rahat
istifadə təcrübəsi üçün hamar keçidlər və yüksək cavablandırma
sürətini özündə birləşdirir. 2000 nitlik HDR pik parlaqlığına sahib
olan displey, daha dolğun rənglər təqdim etməklə yanaşı, hətta
parlaq işıqlandırma şəraitində də belə, əla təsvir ötürməsi təqdim
edir və istifadəçilərə istənilən vaxt, istənilən yerdə mesajları
asanlıqla oxumaq və ya məzmuna baxmaq imkanı yaradır.
3240 Hz diapazonunu əhatə edən risksiz PWM parlaqlıq
tənzimlənməsi ilə cihaz zəif işıqlandırılma şəraitində göz
yorğunluğunu effektiv şəkildə minimuma endirir. TÜV Rheinland
Flicker-free tərəfindən sertifikatlaşdırılmış HONOR 200 Lite
zamanın çoxunu cihaz ekranları qarşısında keçirən istifadəçilərin
ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Dəbdəbəli dizayn və yüksək dayanıqlıq.
Ultra nazik dizayna malik HONOR 200 Lite, özündə zərifliyi,
istifadə rahatlığını və davamlılığı birləşdirərək istifadəçilərə
cəlbedici estetikalı, dayanıqlı cihaz təqdim edir. 6,78 mm
qalınlığı və cəmi 166 q çəkisi olan yüngül korpusla təchiz olunmuş
HONOR 200 Lite, gün boyu davam edən istifadə təcrübəsini təmin
edir.
HONOR 200 Lite-nin davamlılığı 5 ulduzlu SGS Drop Resistance for
Overall Unit sertifikatı ilə təsdiqlənmişdir ki, smartfon 1,65 m-ə
qədər hündürlükdən təsadüfi düşmələrə qarşı hərtərəfli qorunur və
istifadəçiləri əlavə rahatlıqla təmin edir.
Optimal məhsuldarlıq üçün təkmilləşdirilmiş aparat
performansı
HONOR 200 Lite 8 QB RAM və 256 QB daxili yaddaşla təchiz olunub.
Smartfon həmçinin HONOR RAM Turbo texnologiyasına (8 GB+8 GB)
malikdir ki, bu da fləş yaddaşının bir hissəsini RAM-a köçürməklə
faylların yaddaşa yazılmasını optimallaşdırır. MediaTek Dimensity
6080 prosessoru üzərindən işləyən cihaz, yüksək keyfiyyətli təsvir
ötürmə imkanlarını, yüksək sürətli 5G bağlantısını, həmçinin hamar
və canlı ekran keçidlərini dəstəkləyir.
Artırılmış işləmə müddəti və MagicOS 8.0 sayəsində
qüsursuz istifadəçi təcrübəsi
4500 mAh batareya ilə təchiz edilmiş HONOR 200 Lite-a 29 saat
danışıq, 14 saat video oxutma və 16 saat brauzer istifadəsini
dəstəkləməyə imkan verir.
HONOR 200 Lite Android 14 üzərindən işləyir və ən yeni MagicOS
8.0 əməliyyat sistemini dəstəkləyərək, intuitiv istifadəçi
təcrübəsi üçün Magic Capsule, Magic Portal, HONOR Global Favourites
Space, Shortcut və Paralel Space kimi innovativ funksiyaları özündə
birləşdirir.
Rəng, qiymət və mövcudluq
İstifadəçilərin zövqünə uyğun olaraq, HONOR 200 Lite üç füsunkar
rəngdə mövcuddur, bunlardan Ulduzlu Göy, Mavi Göl və Gecəyarısı
Qara qeyd etmək olar. İyunun 7-dən etibarən HONOR 200 Lite İrşad,
Baku Electronics, Kontakt Home, Umico, MG Store, Soliton, Optimal,
Smart Electronics və Digital Home mağazalarından, 649,99 AZN təşkil
edən sərfəli qiymətlə əldə edə bilərsiniz.
Cihaz haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə
keçid edə bilərsiniz:
https://www.honor.com/az/phones/honor-200-lite/





























