Advertisement

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən
bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 176, o cümlədən borclu şəxs qismində
axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.