Bakı. Trend:
Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex
Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi
başa çatıb.
Trend xəbər verir ki, Şirvan
Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay
müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir
Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən
saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi
cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan
Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham
irəli sürülüb.





























