
Bakı. Trend:
Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes
Universitetinin vitse-przidenti Prof. Dr. Tian Xuebinin rəhbərlik
etdiyi nümayəndə UNEC-də olub.
UNEC rektoru professor Ədalət
Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən
görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq
istiqamətlərində fikir mübadiləsi aparılıb.
Qarşılıqlı müzakirələrin sonunda UNEC ilə Hebei Universiteti
arasında birgə proqramların təşkili, tələbə-müəllim mübadiləsi, Çin
alimlərinin UNEC-in beynəlxalq elmi jurnalları ilə əməkdaşlığı,
“smart” təhsil platformasının reallaşdırılması, eləcə də sentyabr
ayında birgə tədbirlərin keçirilməsinə dair bağlı ilkin razılıq
əldə olunub.





























