Advertisement

“Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində (FOTO)

Bakı. Trend:

Azərbaycanın sərfəli mobil operatoru “Nar” yenilənmiş mağazasını
bu dəfə Ağstafa şəhərində təqdim etdi. Yeni konseptli mağaza
“Nar”ın bütün ölkə boyunca xidmətlərinin əlçatanlığını və müştəri
məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.

Göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40
ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir
müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun
xidmətlər təqdim etməyə hazırdır. Mağaza “Nar” xidmətləri ilə
yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.

“Bu gün ölkənin ən qərb regionlarından biri olan Ağstafada yeni
konseptli “Nar” mağazasının açılışını etməkdən çox məmnunuq” – deyə
“Nar”ın (Azerfon MMC) Baş İcraçı Direktoru Qunnar Panke bildirib.
Onun sözlərinə görə, yenilənmiş mağaza bölgələrdə yaşayan
müştərilərə daha da yaxın olmaq və onların gözləntilərini öyrənmək
üçün imkan yaradır: “Bu addım “Nar”ın, sərfəli xidmət strategiyası
ilə doğru yolda olduğunu bir daha təsdiqləyir”.

Paytaxtda və regionlarda sizə yaxın “Nar” mağazasının ünvanını
öyrənmək üçün nar.az saytına
daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2
milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə
ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük
strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.