Advertisement

Zəngəzur Milli Parkındakı fəaliyyət zonaları üzrə bölgü təsdiq edildi

Bakı. Trend:

Nazirlər Kabineti “Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi
mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları
üzrə bölgüsü”nü təsdiq edib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Sənədə əsasən, “Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi
mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları
üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən
hüdudlarda təsdiq edilib:

1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq
rejimi) – 15652,53 hektar.

2. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən
zona – 26997,87 hektar.

3. Turizm və rekreasiya zonası – 124,82 hektar.

4. Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40
hektar.

5. Milli Parkın fəaliyyətini təmin etmək üçün
təsərrüfat-istehsalat zonası – 0,23 hektar.