
Bakı. Trend:
Martın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti
məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın
arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa
enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir
yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir
duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda
gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.





























