Bakı. Trend:
Bakıda mənzildə meyit tapılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər
mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.





























