
Bakı. Trend:
İyunun 7-də Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun
milli aviadaşıyıcısının Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul
edib.
“Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat
13:50-də Bakı aeroportuna uğurla eniş edib.
Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə
həftədə iki dəfə: bazar ertəsi və cümə günləri uçuşlar həyata
keçirəcək.
Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi
www.airmontenegro.com saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni
aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə
sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam
edir.





























