Advertisement

Polis Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarladı

Bakı. Trend:

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük
Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı
təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları
qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam
etdirirlər.

Trend DİN-ə istinadən xəbər
verir ki, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis
əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat
silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara
atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505
ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı
və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara,
2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə
vasitəsi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı
halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar
edilərək məhv edilib.