Advertisement

Yasamalda üç nəfərin pulunu dələduzluq yolu ilə ələ keçirən qadın saxlanılıb

Bakı. Trend:

Paytaxtın Yasamal rayonunda üç nəfərin pulunu dələduzluq yolu
ilə ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis
Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin
ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə
almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq
saxlanılıb.