Bakı. Trend:
Abşeron rayonun Masazır qəsəbəsində evdən 26.600 manat dəyərində
qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif
vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat
dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet
oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə
əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən
olunaraq saxlanılıb.
Araşdırma aparılır.





























