Advertisement

Kəngərli ərazisində partlamamış 2 ədəd mərmi aşkar edilib

Bakı. Trend:

Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli
rayonu ərazisində partlamamış 2 ədəd mərmi aşkar edilib.

Trend xəbər verir ki,
təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində
Kəngərli rayonu Çalxanqala kənd ərazisində aşkar olunan 2 ədəd 122
mm-lik top mərmisi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və
Daxili Qoşunların xüsusi təyinatlılarının istehkam qrupunun hərbi
qulluqçuları tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün
məhvetmə ərazisinə daşınıb.