
Bakı. Trend:
Sabah qısaldılmış iş günü olacaq.
Trend xəbər verir ki, 19 mart
tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş
gününün müddəti bir saat qısaldılır.
Qeyd edək ki, bu il il Novruz bayramında 7 gün ardıcıl iş
olmayacaq. 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş
günü sayılır.
23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü
üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.





























