
Bakı. Trend:
Beyləqanda kibercinayətkarlıq hallarının qarşısının alınması
məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən məlumata görə, Beyləqan Rayon Polis
Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən
cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər. Cinayət
əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə
keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə
ötürməməyi bir daha diqqətə çatdırıblar.
Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə
terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.





























