
Bakı. Trend:
Şamaxıda ötən gün başlayan Hava Şarları Festivalı (Balloon
Festival) bu gün axşam saatlarınadək davam edəcək.
Trend xəbər verir ki, artıq ikinci ildir təşkil edilən festival
çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri
kəndi üzərində nümayiş uçuşu keçirilir.
Bu dəfə də izləyicilər hava şarlarının Şamaxı səmasındakı
heyranedici uçuşunun şahidi olub. Şamaxı İcra Hakimiyyətinin
dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları
Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil
olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
Festival zamanı Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi
ərazisində konsert və əyləncə proqramı da təşkil olunur. Burada
axşam saatlarına qədər kiçikdən böyüyədək müxtəlif əyləncələrə
qatılıb, konsert proqramını izləmək olar.





























