Advertisement

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Bakı. Trend:

İyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti
məlumat yayıb.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az
yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq.
Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət
gecə 70-75 faiz, gündüz 45-55 faiz olacaq. Azərbaycanın
rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən
dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti,
dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.