Advertisement

İstanbulda təşkil olunan 15-ci Beynəlxalq “Şərq Xalçaları” Konfransında “Azərxalça” ASC də iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

İstanbulda təşkil olunan 15-ci “Şərq xalçaları” Konfransının
əsas mövzusu “Şərq Xalçaşünaslığı 2024: Xalçaçılıq və xalça
kolleksiyanın keçmişi və gələcəyi”dir. Konfransda iki əsas sahəyə
xüsusi diqqət yetirilib: “Tarixi xalçalar və tekstil” və “Müasir
incəsənət, dizayn və yeni istehsalat”. Mötəbər tədbirdə müxtəlif
mövzularda iştirak etmək üçün 4 qitə, 20 ölkədən ümumilikdə 76
təklif daxil olub. Elmi Komitə tarix və yeni mövzular arasında
tarazlığı qoruyaraq, 26 təqdimat və əsas çıxışçı kimi prof. Walter
Denny üzərində dayanıb. Sessiyalar 7 və 8 iyun 2024-cü il
tarixlərində baş tutub.

1976-cı ildən etibarən hər dörd ildən bir təşkil olunan və artıq
50 ildir ki, dünyada xalçaçılığın inkişafına dəstək verən, bu
sahədə önə çıxan ölkələri birləşdirən konfransda “Azərxalça” ASC –
nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov
da iştirak edib. Emin Məmmədov konfransda iyun ayının 8-də
“Azərbaycan xalçaçılıq sənətində mədəni irsin davamlı inkişafı – üç
nümunə əsasında” mövzusunda çıxış edib. Çıxış zamanı müasir dövrdə
“Azərxalça” ASC-nin Azərbaycanın aparıcı və ən böyük xalça
istehsalçısı kimi fəaliyyəti, istehsalatla yanaşı mədəni irsin
qorunması, müasir dövrə, zövqə və interyerə uyğunlaşdırılması,
qədim köklər, adət- ənənələr əsasında çağdaş tələblərə cavab vermə
qaydalarından söz açılıb. Son dövrlərdə “Azərxalça” ASC- nin yalnız
ölkədaxili deyil, xarici gənc mütəxəssislərlə əməkdaşlıqlarından və
əldə olunan müsbət nəticələrdən bəhs olunub. Konfransın əsas
mövzularından biri də 4-5 may 2024-cü il tarixlərində “İçərişəhər”
Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi, “Azərxalça” ASC-nin
təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun
dəstəyi ilə İçərişəhərdə təşkil olunmuş Azərbaycanın ilk Milli
Xalça Festivalı olub. Tədbirin sonunda geniş auditoriyaya Milli
Xalça Festivalından hazırlanmış nəfis video çarx təqdim olunub.

İyunun 6-da açılış sessiyasını tanınmış alim prof. Walter Denny
“Xalça tədqiqatında qorunma və yeni texnoloji sərhədlər” mövzusu
ilə Reyhan Polatın rəhbərlik edəcəyi “Ənənənin Gələcəyi” adlı yekun
panel muzeylərdə xalça təqdimatlarının innovativ sistemi, yeni
dizayn və naxışların yaradılmasında süni intellektdən istifadə,
toxuculuq və təbii boyamanın son təcrübələrinə diqqət yetirir.

Digər sessiyalar isə Səlcuq və Osmanlı dövrlərinə aid Anadolu
Xalçaları, Orta Asiya toxuculuqları və keçələri, arxeoloji
tapıntılar, yeni muzey kolleksiyaları və xalçaçılıq strukturlarının
texniki aspektləri kimi ICOC (International Churches of Christ)
birliyinin konfranslarının daha ənənəvi sahələrini əhatə edəcək.
Əvvəlki ICOC (International Churches of Christ) birliyinin
konfransları ilə müqayisədə 15-ci konfransda bəzi yeni faktlar var.
Bu sahədəki gənc mütəxəssislərdən, həmçinin xalça istehsal edən
şirkətlərdən daha çox müraciət daxil olub.