
Bakı. Trend:
Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin
artırılması məqsədilə Lerikdə “Təmiz hava” aylığı ilə bağlı
tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib
ki, Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtomobillərdən
atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan
sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə
saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Polis
əməkdaşları tərəfindən sürücülərlə izahat işi aparılıb və bir daha
diqqətə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi
tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının
tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra
istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda
müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan
avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri
görülüb.





























