Advertisement

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı məlum olub

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları
ilə bağlı həftəlik məlumat yayıb.

Trend-in ANAMA-ya istinadən
məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il
tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202
partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib.

Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti
həyata keçirib.