Advertisement

Zərdabda iki narkokuryer saxlanıldı – Trend.Az

Bakı. Trend:

Zərdabda iki narkokuryer saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən
Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram
tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd
psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında
İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən
edilib.

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov
barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.