Bakı. Trend:
Azərbaycanda bir sıra ərazilərin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, “Quba” QPS-dən qidalanan Quba rayonunun Dağlı və
Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri
üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin, Sumqayıt
şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək
təmir-bərpa işləri ilə əlaqədar 10.06.2024-cü il tarixində saat
10:00-dan etibarən qaz təchizatının dayandırılması
planlaşdırılır.
Qaz təchizatı dayandırılan zaman Quba rayonunun (37 kənd), Xəzər
rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta
qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.





























