Advertisement

Axtarışda olan 69 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 102, əvvəlki
dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.