Advertisement

Laçında 850 kq çətənə məhv edildi

Bakı. Trend:

Laçında 850 kiloqram yabanı halda bitən çətənə bitkisi məhv
edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən “Xaş-xaş 2024” tədbirlər planına uyğun olaraq Zabux
çayının sahilində yabanı halda bitən 850 kiloqram 5215 ədəd çətənə
bitkisi toplanılaraq məhv edilib.