Advertisement

Bərdədə maşın qaçırıldı – Trend.Az

Bakı. Trend:

Bərdədə nəqliyyat vasitəsi qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, iyunun 9-da Bərdə şəhəri ərazisindən “VAZ-2101”
markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil
olub.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə
nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum
olunmuş R.Şəmilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.