Advertisement

Məktəblərdə “Son zəng”lə bağlı monitorinqlərə başlandı

Bakı. Trend:

İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək “Son zəng”
tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi
ilə bağlı monitorinqlərə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə
verilən xəbərə görə, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini
əhatə edən monitorinqlər “Məktəblinin dostu”nun iştirakı ilə həyata
keçirilir.

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd “Son zəng”
tədbirləri ilə bağlı hazırlanmış və təhsil müəssisələrinə
göndərilmiş təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də
şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin
edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.