Advertisement

Təkrar sertifikatlaşdırma ilə bağlı apellyasiya müraciətlərinə başlanıldı

Bakı. Trend:

Müəllimlər üçün təkrar sertifikatlaşdırma prosesinin iyunun 8-də
təşkil edilmiş test imtahanı mərhələsi üzrə apellyasiya
müraciətlərinin qəbuluna başlanılıb.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Trend-ə
bildirilib ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı
müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər iyunun 13-ü saat 11:00-dək qəbul olunacaq.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan
ediləcək.