
Bakı. Trend:
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər
təhsil” layihəsi həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi
məlumat yayıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil
İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu
paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna
676 uşaq cəlb olunub.





























