Advertisement

Azərbaycanda məscidlərdə kondisioner sistemi var – Sədr müavini

Bakı. Trend:

Azərbaycanda məscidlərdə kondisioner sistemi var və bu yöndə
işlər davam etdirilir.

Trend-in məlumatına görə, bu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

O qeyd edib ki, ən isti havada belə məscidlərin işlərində
sərinlik olur:

“Əvvəlki illərdə də insanlar ibadət edib və həmin zamanlarda
soyuducu sistemlər olmayıb. Digər tərəfdən, əksəriyyətində
kondisioner sistemi var və quraşdırma işləri davam edir. Orada
ibadət qısa müddətdə olur, sərinlik də var. İnsanlar həmin müddətdə
ibadət edə bilər”.