Advertisement

Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-2024-cü tədris ili ərzində paytaxt üzrə 108 şagird fərdi
təhsilə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi
məlumat yayıb.

Qeyd olunub ki, İdarənin tabeliyindəki 179 təhsil müəssisəsində
416 fərdi qrup üzrə 595 şagird təhsil alır.

Vurğulanıb ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət
təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına
şərait yaradır.