Advertisement

Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandı

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar
barədə həftəlik məlumat (03.06.2024 – 09.06.2024) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən
məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı,
Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88
piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi
Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti
həyata keçirib.