
Bakı. Trend:
“Pekin-Paris” avtorallisinin iştirakçısı olan unikal retro
avtomobillər bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin
qarşısında bir araya gəlib.
Trend xəbər verir ki, Gənclər
və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın
ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul
edir.
Avtomobillər daha sonra Şamaxıya yola düşüblər.
Buradakı nümayiş zamanı avtomobillər həm yerli sakinlərin, həm
də turistlərin böyük marağına səbəb olub.
Avtomobillər Şamaxıdan Gürcüstan üzərindən marşruta davam
edəcəklər.
Qeyd edək ki, “Pekin-Paris” 1907-ci ildə yaradılan və tarixi
marşrutlardan biridir. Bu ralli keçmiş mexanika avtomobillərinə
hörmət, eyni zamanda onların dözümlülük testidir. Ralli 14 000 km
məsafəni əhatə edir.
Pekindən start götürən ralli iyunun 23-də Parisdə başa
çatacaq.





























