
Bakı. Trend:
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat
gediş-gəlişinin təmin olunması üçün paytaxtın Atatürk prospektində
də təmir işlərinə start verilib.
Trend AAYDA-ya istinadən məlumat verir ki,
təmir işləri prospektin Səttar Bəhlulzadə küçəsindən Fətəli xan
Xoyski küçəsinədək olan 1700 metrlik hissəsində aparılır.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez
materialının kənara daşınması işləri icra olunur.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam
məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat
vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından
müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq
edilir.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,
təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli
olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur.





























