Bakı. Trend:
Paytaxt ərazisində əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs
olunub.
DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, məhkəmənin qərarı
ilə K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə taksi sürücüsünün qadın
sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks
etdirən görüntülər yayılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün
1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı
şəhərində saxlanılıb.





























