Advertisement

Ehtiyatlılıq qaydalarına riayət etməklə, uşaqlarda travma riskini əhəmiyyətli dərəcədə azaltmaq olar – Həkim (MÜSAHİBƏ)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutunun şöbə müdiri Tofiq Abdullayev uşaqlarda travma riskləri
barədə müsahibə verib.

Trend müsahibəni təqdim edir:

– Tofiq müəllim, ilk öncə uşaq travmatizmi haqqında məlumat
verərdiniz.

– Travmaların xarakterik xüsusiyyətləri və əmələ gəlmə
səbəblərinə görə bir çox növləri var. Bunlar məişətdə, dərslərarası
fasilə, idman dərsləri, qeyri-idman dərsləri zamanı alınan, küçə,
nəqliyyat və qeyri-nəqliyyat travmalarıdır. Adətən məişət
travmasını uşaqlar evdə alırlar. Travmatizmin bu növü körpə
uşaqlarda daha çox təsadüf edir. Ən çox rast gəlinən məişət
travması yıxılma, yanıqlar, boğulma və zəhərlənmədir.

– Doktor, uşaqlarda travma alma riskini necə azaltmaq olar?

– Gündəlik həyatımızda çarpayıdan, masadan, pilləkəndən və oyun
meydançalarındakı avadanlıqlardan yıxılma uşaqlarda travmalara
səbəb olur. Nəzərə almalıyıq ki, uşağa 24 saat ərzində nəzarət
etmək sadə bir məsələ deyil. Hər zaman diqqət yayan faktorlar əmələ
gələ bilər.

Ehtiyatlılıq qaydalarına riayət etməklə, uşaqlarda travma
riskini əhəmiyyətli dərəcədə azaltmaq olar. İlk növbədə körpə
uşaqlar üçün evdə təhlükəsiz mühit yaradılmalıdır. Uşaqları su
hövzələrinin yanında tək buraxmaq olmaz. Yolu keçərkən, diqqətlə
yola nəzarət etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada
keçidlərindən istifadə etməyi uşaqlara öyrətmək lazımdır.

– Körpə uşaqlarda ən çox hansı travmalara rast gəlinir?

– Körpə uşaqlarda ən çox yanıq və sınıqlar baş verir. Bəzən
diqqətsizlik və ehtiyatsızlıq uşaqların travma almasına gətirib
çıxarır. Körpə uşaqlar divandan, stuldan, kreslodan yıxılma
nəticəsində sınıq travması ala bilirlər. Eyni zamanda, çarpayının
üstündə nəzarətsiz buraxılanda da yıxılıb travma ala bilirlər.

– Məktəbəqədər yaş dövründə uşaqlarda hansı travmalara rast
gəlinir?

– Məktəbəqədər yaş dövründə olan uşaqlarda travmatizmin bir çox
növlərinə rast gəlinir. Lakin, dayaq-hərəkət aparatının
travmalarının sayı üstünlük təşkil edir. Ən çox bu yaş uşaqlarda
“mil sümüyünün başının yarımçıxığı”na təsadüf edilir. Uşağın
əlindən birdən dartan, uşağı geyindirən və soyunduran, dar köynəyi
əynindən çıxaran zaman qolunun sərt çəkilməsi zamanı mil sümüyünün
başının yarımçıxığı baş verə bilər. Travma 1-3 yaş uşaqlarda daha
çox olur. Bu zaman qol-dirsək oynağından azca bükülmə və sallanmış
vəziyyətdə olur. Ona görə də. məsləhət görürülür ki, uşağı gəzdirən
zaman ya paltardan, ya da xüsusi cilovdan istifadə edilsin.

– Məktəb yaş uşaqlarda travmatizmin hansı növünə rast
gəlinir?

– Məktəb yaş uşaqlarda travmatizmin bütün növlərinə rast gəlmək
mümkündür. Məktəb travmatizmi deyəndə məktəbdə baş verən travma
başa düşülür. Bu travma dərs prossesi ilə əlaqəli deyil. İdman
zamanı travmalar nəzərə alınmasa, məktəb travmalarının çoxu dərs
fasilələri zamanına təsadüf edilir. Bu travmalar fasilə vaxtı
pilləkəndən, partadan, pəncərə qabağından yıxılma nəticəsində baş
verir.

– Uşaqların travma almaları ilin hansı mövsümündə daha çox
olur?

– Uşaq travmatizmi və onun qarşısının alınması çox vacib və
ciddi məsələdir. Xüsusən də yay fəsilində məktəb tətili dövründə
uşaqlar küçədə vaxtlarını sərbəst keçirtməyə imkanları olur və
bəzən böyüklərin nəzarətindən kənarda qalırlar. Bu da öz növbəsində
həmyaşıdları ilə müxtəlif əyləncəli oyunlar zamanı ağaca və ya
hasara yıxılaraq xəsarət almasına səbəb ola bilər. Uşaqlarda küçə
travmaları hərəkət qaydalarını bilməmələri və ya riayət etməmələri
nəticəsində baş verir. Küçə travmatizminin nəqliyyatla əlaqəli olan
və nəqliyyatla əlaqəli olmayan növləri var. Məişət və küçə
travmaları uşaq travmatizminin əsas hissəsini təşkil edir.
Travmatizmin ən ağır növü isə nəqliyyat travmatizmidir. Uşaqlar yay
vaxtı velosiped, rolik, skeytbordinq sürən zaman yıxılıb ətrafların
sınığı və başdan (kəllə-beyin travması) zədə ala bilərlər. Uşaqlar
skuter sürən zaman başlarına “kaska”, diz və dirsək oynağı
nahiyəsində qoruyucu sarğılar, fiksatorlar taxmalıdırlar. Onlar
yıxılan zaman həmin nahiyələri travmalardan müəyyən qədər
qoruyur.

Xəbərlər və yeniliklər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutunun şöbə müdiri Tofiq Abdullayev: “Ehtiyatlılıq
qaydalarına riayət etməklə, uşaqlarda travma riskini əhəmiyyətli
dərəcədə azaltmaq olar”

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Tofiq Abdullayev:

– Tofiq müəllim, ilk öncə uşaq travmatizmi haqqında məlumat
verərdiniz…

– Travmaların xarakterik xüsusiyyətləri və əmələ gəlmə səbəblərinə
görə bir çox növləri var. Bunlar məişətdə, dərslərarası fasilə,
idman dərsləri, qeyri-idman dərsləri zamanı alınan, küçə, nəqliyyat
və qeyri-nəqliyyat travmalarıdır. Adətən məişət travmasını uşaqlar
evdə alırlar. Travmatizmin bu növü körpə uşaqlarda daha çox təsadüf
edir. Ən çox rast gəlinən məişət travması yıxılma, yanıqlar,
boğulma və zəhərlənmədir.

– Doktor, uşaqlarda travma alma riskini necə azaltmaq olar?

– Gündəlik həyatımızda çarpayıdan, masadan, pilləkəndən və oyun
meydançalarındakı avadanlıqlardan yıxılma uşaqlarda travmalara
səbəb olur. Nəzərə almalıyıq ki, uşağa 24 saat ərzində nəzarət
etmək sadə bir məsələ deyil. Hər zaman diqqət yayan faktorlar əmələ
gələ bilər.

Ehtiyatlılıq qaydalarına riayət etməklə, uşaqlarda travma riskini
əhəmiyyətli dərəcədə azaltmaq olar. İlk növbədə körpə uşaqlar üçün
evdə təhlükəsiz mühit yaradılmalıdır. Uşaqları su hövzələrinin
yanında tək buraxmaq olmaz. Yolu keçərkən, diqqətlə yola nəzarət
etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada keçidlərindən istifadə
etməyi uşaqlara öyrətmək lazımdır.

– Körpə uşaqlarda ən çox hansı travmalara rast gəlinir?

– Körpə uşaqlarda ən çox yanıq və sınıqlar baş verir. Bəzən
diqqətsizlik və ehtiyatsızlıq uşaqların travma almasına gətirib
çıxarır. Körpə uşaqlar divandan, stuldan, kreslodan yıxılma
nəticəsində sınıq travması ala bilirlər. Eyni zamanda, çarpayının
üstündə nəzarətsiz buraxılanda da yıxılıb travma ala bilirlər.

– Məktəbəqədər yaş dövründə uşaqlarda hansı travmalara rast
gəlinir?

– Məktəbəqədər yaş dövründə olan uşaqlarda travmatizmin bir çox
növlərinə rast gəlinir. Lakin, dayaq-hərəkət aparatının
travmalarının sayı üstünlük təşkil edir. Ən çox bu yaş uşaqlarda
“mil sümüyünün başının yarımçıxığı”na təsadüf edilir. Uşağın
əlindən birdən dartan, uşağı geyindirən və soyunduran, dar köynəyi
əynindən çıxaran zaman qolunun sərt çəkilməsi zamanı mil sümüyünün
başının yarımçıxığı baş verə bilər. Travma 1-3 yaş uşaqlarda daha
çox olur. Bu zaman qol-dirsək oynağından azca bükülmə və sallanmış
vəziyyətdə olur. Ona görə də. məsləhət görürülür ki, uşağı gəzdirən
zaman ya paltardan, ya da xüsusi cilovdan istifadə edilsin.

– Məktəb yaş uşaqlarda travmatizmin hansı növünə rast gəlinir?

– Məktəb yaş uşaqlarda travmatizmin bütün növlərinə rast gəlmək
mümkündür. Məktəb travmatizmi deyəndə məktəbdə baş verən travma
başa düşülür. Bu travma dərs prossesi ilə əlaqəli deyil. İdman
zamanı travmalar nəzərə alınmasa, məktəb travmalarının çoxu dərs
fasilələri zamanına təsadüf edilir. Bu travmalar fasilə vaxtı
pilləkəndən, partadan, pəncərə qabağından yıxılma nəticəsində baş
verir.

– Uşaqların travma almaları ilin hansı mövsümündə daha çox
olur?

– Uşaq travmatizmi və onun qarşısının alınması çox vacib və ciddi
məsələdir. Xüsusən də yay fəsilində məktəb tətili dövründə uşaqlar
küçədə vaxtlarını sərbəst keçirtməyə imkanları olur və bəzən
böyüklərin nəzarətindən kənarda qalırlar. Bu da öz növbəsində