Advertisement

Özbaşına salınmış tikililər ilə bağlı konsepsiya hazırlanır

Bakı. Trend:

Abşeron rayonunun bütün “sovxoz”ları artıq yaşayış massivlərinə
çevrilib. Kütləvi massivlər “özbaşına tikililər” adı altında
konsepsiya da işlənib, təsdiq olunacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi
zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış
massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya
dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət
bildiriləcək.

“Burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma
elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik,
ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma
qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək”.