Bakı. Trend:
2030-cu ilə qədər dövrü əhatə edən yeni təhsil proqramı
hazırlanacaq.
Trend xəbər verir ki, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin
Təhsil proqramının rəhbəri Leyla Həsənova BMT-nin Uşaq Hüquqları
Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri
məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin
müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə deyib.
Məktəbəqədər təhsillə bağlı fikirlərini bölüşən UNICEF-in
nümayəndəsi bütün səviyyələrdə hazırlığın təmin olunacağını qeyd
edib.
Tədrisin təkmilləşdirilməsinə və genişləndirilməsinə ehtiyacın
olduğunu deyən L.Həsənova burada maliyyə təminatının vacibliyini
diqqətə çatdırıb.





























