Advertisement

UNEC tələbələrinin məqalələri Scopus basasında dərc olunub

Bakı. Trend:

UNEC-in Beynəlxalq
İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin məqalələri Scopus
bazasına daxil olan Q1 kateqoriyalı jurnallarda dərc olunub.

ISE tələbələri Aysu Abbasova, Röyalə Alışzadə, Alsu Cəfərovanın
Expatriation
and permanent emigration intention among youth in Azerbaijan

(Azərbaycanda gənclər arasında ekspatriasiya və daimi emiqrasiya
meyilliliyi) adlı məqaləsi “Journal
of International Studies
” jurnalında dərc olunub. Tələbələr
Azərbaycan gəncləri arasında müvəqqəti və daimi emiqrasiya
meylliliyini formalaşdıran mümkün faktorları təhlil ediblər.

ISE-nin digər tələbələri Aysu Əhmədova, Tağı Quliyevin “The
Relationship between Bitcoin and Nasdaq, U.S. Dollar Index and
Commodities
” (Bitcoin ilə Nasdaq, ABŞ dolları indeksi və
əmtəələr arasındakı əlaqə) mövzusunda elmi məqaləsi isə
“International Journal of Energy Economics and Policy” jurnalında
dərc olunub. Tələbələr 2017-2023-cü illəri əhatə edən dövrdə
həftəlik qiymətlərdən istifadə edərək, Bitcoin ilə Nasdaq, ABŞ
dolları indeksi və əmtəələr arasındakı uzunmüddətli qarşılıqlı
əlaqələri araşdırıblar.

Hər ik məqalə “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının
dosenti Xətai Alıyevin elmi rəhbərliyi ilə yazılıb.

Xatırladaq ki, Elmi Şuranın qərarına əsasən, elmi məqalələri
beynəlxalq nüfuzlu jurnallarda dərc olunan UNEC tələbələri 4500
manatadək qonorar qazanmaq şansı əldə edirlər.