
Bakı. Trend:
Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə)
mövzusunda növbəti tədbirini uğurla həyata keçirdi. “Dayanıqlı
İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə
etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT
nümayəndələri bir araya gəldi.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin
rəhbəri Kanako Mabuçi “Azərbaycanda dayanıqlı inkişaf
məqsədlərinin və mövcud vəziyyəti” mövzusunda çıxış edərək bildirdi
ki, BMT-in Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitələrdən
biri olan mobil əlaqə icmaların inkişafına böyük təsir göstərir:”
Onu da qeyd edim ki, telekommunikasiya sektorunun iştirakçıları
texnologiyanın ən həssas təbəqələr üçün əlçatanlığını artıraraq
davamlı inkişafa daha çox töhfə verə bilər. Məsələn, son yeddi il
ərzində qlobal miqyasda 2 milyarddan çox insan mobil telefonlar
vasitəsilə internetə çıxış əldə edib. Bu da öz növbəsində rəqəmsal
uçurumu azaltmağa və insanların informasiya resurslarına çıxışını
daha da asanlaşdırıb.”
Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin
İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai,
BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və
Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin
Əliyeva müzakirələr apardılar.
Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları,
dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri
haqqında fikirlərini paylaşdı.
Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini
inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq
imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından
danışdı.
Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin
Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir
iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində
fəaliyyəti haqqında ətraflı məlumat verdi. Baş direktor qeyd etdi
ki, Azercell-in ESG hesabatı mobil operatorun “Bağlantını
asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin
əsasını təşkil edən şəffaflıq və dayanıqlı inkişaf məsələlərində
Azercell-in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.





























