Advertisement

Naməlum şəraitdə itkin düşmüş hərbçimizin nəşi Ordubadda dəfn edilib

Bakı. Trend:

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş
hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi Şərurun
Günnüt yaşayış məntəqəsi istiqamətində tapılıb.

Trend-in
məlumatına görə, Ordubad rayonunun Gənzə kənd qəbiristanlığında
vida mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Əlahiddə
Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri,
ictimaiyyət, media nümayəndələri iştirak ediblər.

Ceyhun Hüseynov kənd qəbiristanlığında torpağa tapşırılıb.