Advertisement

Bəzi çaylardan sel keçib – Trend.Az

Bakı. Trend:

İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axan
Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan
Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan
Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti
məlumat yayıb.

Bildirilib ki, hazırda da Quba rayonu ərazisindən axan
Qudyalçay-Qımıl məntəqəsindən sel keçir.