Advertisement

Monitorinq keçirilən bağçaların sayı açıqlandı

Bakı. Trend:

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində
monitorinqlər keçirilib.

Trend xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd
rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər
təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə
prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin,
tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra
intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin
təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri
tədbirlərin görülməsindən ibarətdir.

Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinə
fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib,
nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitik
hesabatlar hazırlanıb.