Advertisement

Kiçik elektrik nəqliyyat vasitələri bunlar hesab ediləcək

Bakı. Trend:

Azərbaycanda kiçik elektrik nəqliyyat vasitəsinin təsnifatı
müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi gücü
1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir
nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab
verən fərdi mobil nəqliyyat vasitələridir:

– Təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə
nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət
qüvvəsi (həmçinin, jest, mimika və ya səsli komanda) ilə hərəkət
edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

– oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az
olmayan;

– oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az
olmayan;

– sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə
qədər və uzunluğu 2 m-ə qədər olan;

– xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən
enerji saxlama sistemi (batareyası) olan.