Bakı. Trend:
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat
vasitəsinin idarə edilməsinə görə cərimə artırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə
əksini tapıb.
Qanun layihəsinə əsasən, bu xətaya görə iki yüz manat məbləğində
cərimə edilir. Hazırda isə bu cərimənin bəbləği 100 manatdır.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə
edilməsinə görə dörd yüz (hazırda üç yüz) manat məbləğində cərimə
edilir.





























