
Bakı. Trend:
Velosiped yollarında hərəkət edən nəqliyyat vasitələri cərimə
ediləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə
əksini tapıb.
Qanun layihəsinə əsasən, velosiped yollarında velosiped və kiçik
elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat
vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə
edilir.





























