Advertisement

Bağban işlədiyi yerdən 30 minlik oğurluq etdi

Bakı. Trend:

İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağban
saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, iyunun 4-də Səbail rayonunda yerləşən idman
arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin
oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini
törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli
müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban
işləyib.

Faktla bağlı araşdırma aparılır.