Advertisement

Qeyri-iş günlərində Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bakı. Trend:

15 iyun – Milli Qurtuluş Günü, eləcə də, 16-17 iyun – Qurban
bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş 5 qeyri-iş günü
ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

“Bakı Metropoliteni” QSC-dən Trend-ə bildirilib ki, “Qırmızı
xətt”in “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16,
17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə,
iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla
tənzimlənəcək.

“Yaşıl” və “Qırmızı xət”lərin birləşdiyi “28 May” stansiyasından
“İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət
intervalı 2 dəfə çox olacaq.

Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni
proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun
bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini
nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin
tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı
Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik
cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı,
stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki
qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.

Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə
tutulacaq.

Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət
cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində
şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.